Erməni əsgər öldü
Ermənistan ordusu daha bir əsgərini itirib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, bu gecə saat 01:15 radələrində N saylı hərbi hissənin əsgəri 1992-ci il təvəllüdlü Samvel Seyranoviiç Arutyunyan öldürülüb.
Həmin gün S.Arutyunyan hərbi hissənin qarajında növbədə durduğu bildirilir. Onun meyiti qarajın divarının dibində tapılıb.
İlkin ehtimala görə, S.Arutyunyan əsgərlər arasında düşmüş mübahisə zəminində öldürülüb.
Qeyd edək ki, son vaxtlar Ermənistan Silahlı Qüvvələrində belə hadisələr çoxalıb. Ötən ayın 29-da 1995-ci il təvəllüdlü Vladimir Hayrapetyanın başından aldığı güllədən ölmüşdü. Erməni əsgərin xidmət yoldaşı tərəfindən vurulduğu bildirilirdi. Həmin hadisədən heç 2 həftə keçməyib.
Mənbə:> ANSPRESS