Bakıda üçəm doğuldu – VİDEO
Bakıda üçəm doğuldu. Körpələr Adıgözəlovlar ailəsində dünyaya göz açıb. Körpələr 3 saylı Şəhər Xəstəxanasında doğulublar.
ANS TV-nin məlumatına görə, 27 yaşlı Samirə Adıgözəlova ikinci dəfə ana olub. Doğulan körpələrin 3-də qızdır.
Təbii yolla dünyaya gələn körpələrin vəziyyəti hal- hazırda kafidir. Körpələr hazırda həkim nəzarətindədirlər. Ananın vəziyyəti isə qənaətbəxşdir.
Sevincinin həddi-hüdudu olmayan ana artıq körpələrinə ad da qoyub - Mələk, Mədinə və Məryəm.
Qeyd edək ki, Samirə Adıgözəlova üçəmləri dünyaya gətirməklə 4 qız anası olub.
Mənbə:> ANSPRESS