Azərbaycanda 79 yaşlı ata əkiz usağından niyə imtina etdi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda 79 yaşlı ata əkiz usağından niyə imtina etdi?

Azərbaycanda 79 yaşlı ata əkiz usağından niyə imtina etdi?


Bu il avqustun 28-də Masallı rayonunun Şatıroba kəndində dünyaya gələn əkiz körpələr Nəzərovlar ailəsini sevindirməkdən çox qayğıya səbəb olub.

ANS PRESS-in məlumatına görə, 79 yaşlı ata ömrünün ahıl çağlarında Tanrının bəxş etdiyi növbəti övlad payından imtina etməsini ailənin ağır maddi durumu ilə əsaslandırır.

Əkiz uşaqlarından imtina edən ata Əliniyaz Nəzərov deyir ki, "Evdə 3 uşaq var, onları güclə saxlayıram. 150 manat pensiya alıram, dolana bilmirəm. 70 manat da yardım alıram, dolana bilmirəm".

Xatırladaq ki, əkiz uşaqlar Əliniyaz kişinin 3-cü nikahından dünyaya gəlib. İki həyat yoldaşı müxtəlif səbəblərdən dünyasını dəyişəndən sonra Əliniyaz Nəzərov 2009-cu ildə Lənkəran rayonunun Gəgiran kənd sakini, özündən 54 yaş kiçik Şahnazla rəsmi nigaha girib.

Bu izdivacdan 3 övladı - 2008-ci ildə Qasım, 2009-cu ildə Elxan, 2011-ci ildə qızı Elnazə dünyaya gəlib. Yeni əkiz uşaqların ailə yükünü bir az da artırdığını görən ailə başçısı rayon rəsmilərinin təkidlərinə baxmayaraq uşaqlardan imtina etdiyini gizlətmədi.

Əkiz uşaqlardan imtina edən ata Əliniyaz Nəzərov qeyd etdi ki, "Mənə dedi ki, get uşaqları boynuna götür, biz sənə kömək edərik. İnək veririk, otu da veririk, pensiyanı da artıracağıq, yardımı da verəcəyik, hər şey hazır olacaq. Mən "yox" dedim. Vəziyyətə görə götürmürəm".

Ömrünün ixtiyar çağında imtina etdiyi övladlarına görə peşimançılıq hissi keçirən ata deyir ki, pulum olsa, gedib bu gün uşağımı götürəcəyəm.

Bu peşimançılıq hissini ana da keçirir.

Şahnaz Nəzərova vurğulayır ki, "Fikrim üstlərində qalıb, ya ərim, ya da mən gedib gətirərik. Saxlaya bilmədim, məcbur qaldım, verdim, peşimanam".

Masallı rayon doğum şöbəsində uşaqların normal doğuşla dünyaya gəldikləri və tam sağlam olduqları bildirildi.

Doğum şöbəsinin həkimi Aysel Əliyeva deyir ki, "Oğlanın çəkisi 2 kq 900 qramdır, boyu 49 sm-dir. Qızın çəkisi isə 3 kq 200, boyu 50 sm-dir. Valideynləri ilə dəfələrlə söhbət aparılıb. Uşaqlarından imtina elədiklərinə görə Bakı şəhəri 1 saylı körpələr evinə göndərilib".

Yeni doğulan körpələrin uşaq evinə yerləşdirilmələri Masallı rayon icra hakimiyyətini də ciddi narahat edir.

Qurumdan problemi yoluna qoymaq üçün bütün vasitələrdən istifadə ediləcəyi bildirildi.

Masallı rayon icra hakimiyyətinin şöbə müdiri Seyfəddin Əliyev qeyd edir ki, "Rayon icra hakimiyyəti məlumat alanda ki, Əliniyaz Nəzərov övladlarından imtina edir. Başçı hüquq mühafizə orqanları rəhbərləri ilə birgə ailəni qəbul eləmiş və onlara bütün qanuna müvafiq köməklikləri göstərəcəyini bildirib. Əgər ailə yenidən uşaqlarına sahib çıxmaq istəyərsə, onların körpələr evindən götürülməsinə rayon icra hakimiyyəti qanuna müvafiq köməklik göstərəcək və bundan sonra maddi təminatını yaxşılaşdırma1 üçün lazımi dəstəyini verəcəkdir".

Uşaqlar yer üzündə Tanrının valideynlərə əmanətidir. Onları böyütmək, imkanı çatmayanlara bu işdə yardımçı olmaq, əl tutmaqsa ən savab əməldir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *