Doğuş zamanı faciə: Uşaq öldü
Lənkəranda doğuş zamanı körpə ölümü faktı qeydə alınıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, hadisə ötən gün baş verib. Rayonun Şağlaser kənd sakini, 22 yaşlı Aynur Şakir qızı Bəşirova dekabrın 31-də doğuş sancıları ilə
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının perinatal şöbəsinə qəbul olunub.
Təbii üsulla aparılan doğuş zamanı 2,5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən körpəyə lazımi tibbi yardım göstərilsə də, körpə dünən günün ikinci yarısında vəfat edib.
Uşağın ölümünə səbəb kimi ağciyərində yaranmış problem göstərilir.
Məlumata görə, ananın səhhətində isə hər hansı bir problem yaranmayıb.
Qeyd edək ki, bu, A.Bəşirovanın ikinci hamiləliyidir. Bir il öncə onun dünyaya gətirdiyi qız uşağı da doğuşdan dərhal sonra ölüb.
Mənbə:> APA