Bakıda doğuş zamanı körpə öldü
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində (`Respublikanski` adı ilə məşhurdur -red) qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb.
AzNews.info xəbər verir ki, bu barədə AzVision.az-a G.Babayevanın yaxınları məlumat veriblər.
Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb.
Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır.
Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasaq da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəmədilər.
Mənbə:> AzVision.az