“Facebook”dan yalan məlumat yayanlara qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

“Facebook”dan yalan məlumat yayanlara qarşı – SANKSİYA

“Facebook”dan yalan məlumat yayanlara qarşı

Şirkət rəhbəri jurnalistlər ilə də əməkdaşlıq edəcəklərini qeyd edib.

“Facebook” sosial şəbəkədə yayılan informasiyaların doğruluğunu araşdırmağa başlayır.

lent.az xəbər verir ki, bunu sosial şəbəkənin yaradıcısı və rəhbəri Mark Zukerberq açıqlayıb.

O bildirib ki, məlumatların yoxlanılmasını müstəqil qurumlar həyata keçirəcək.

M.Zukerberq yayılan yalan xəbərlərin faizinin yüksək olmadığını söyləyib. Lakin o bildirib ki, “Facebook” xəbər distribyutoru yox, kommunikativ meydançadır və bu meydançada yayılan məlumatlara görə məsuliyyət daşıyır.

M.Zukerberq saxta informasiyaların qarşısının alınmasında jurnalistlərlə də əməkdaşlıq edəcəklərini və bu tip yalanları yayaraq reklam gəliri əldə etmək istəyən peşəkar saxtakarlara sanksiyalar tətbiq olunacağını açıqlayıb.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *