Zükerberq “dislike”dan imtinanın səbəbini açıqladı
Facebook-da “Reaksiyalar” adını almış alternativ “like”lar, “dislike” düyməsini tətbiq etməmək arzusundan irəli gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə öz səhifəsində Mark Zükerberq yazıb.
“Bəzən kədər və məyusluğu da bölüşmək istəyirik. Cəmiyyət “bəyənmirəm” düyməsini tətbiq etməyi xahiş etmişdi, amma bunun səbəbi müəyyən məlumatı bəyənmədikləri üçün deyildi. İnsanlar öz kədərlərini göstərmək və daha geniş emosiya spektrini paylaşmaq istəyirdilər”, - Zükerberq bildirib.
Facebook yaradıcısının sözlərinə görə, o, öz komandası ilə bərabər, bu imkanı necə həyata keçirmək barəsində düşünüb.
“Mənim məqsədlərimdən biri funksiyanı like düyməsinə basmaq qədər, maksimal şəkildə sadə etmək idi. Nəticədə biz “Reaksiyalar”ı aldıq, onlar məhəbbət, gülüş, təəccüb, kədər və qəzəbi ifadə etmək imkanı yaradır”, - yazan Zükerberq, hələlik ən populyar emosiyanı “məhəbbət” olduğunu əlavə edib.
Fevral ayını 24-də Facebook-da “Reaksiyalar” adını alan alternativ “like”lar funksiyası əlavə edilib. İndi bütün dünyada istifadəçilər paylaşımlara olan münasibətlərini bildirə biləcəklər.
Yeni smayl toplusunu görmək üçün “like” işarəsini basıb saxlamaq, veb-versiyada isə kursosu həmin işarənin üzərində saxlayıb gözləmək lazımdır.
Mənbə:> Oxu.Az