Nəyə görə Mark Zukerberq işə eyni geyimdə gəlir?
Facebook işə düşəndən və dünyanın ən gənc milyarderlərindən olandan bu günə kimi Mark Zukerberqin ən sevimli geyimi hər gün geyindiyi boz rəngli qısaqol köynəyidir.
Oxu.Az xəbər verir ki, Zukerberq öz qarderobunun və bu həftə dekret məzuniyyətindən qayıtdıqdan sonra hər gün geyindiyi iki növ qısaqol köynəklərinin fotosunu paylaşıb.
Bu geyim kimə isə darıxdırıcı görünə bilər, amma Zukerberqin bu geyimi geyinməyə səbəbi var. Onun sözlərinə görə, bu ona daha mühüm işlərə diqqətini yönəltməyə yardım edir.
31 yaşlı milyarder bu haqda 2014-cü ildə mətbuat konfransında iştirakçılardan biri ondan nəyə görə hər gün işə eyni geyimdə gəlməyinin səbəbini soruşarkən bəyan etmişdi:
“Əslində mən cəmiyyətə xidmətə aid olmayan şeylərə aid qəbul etdiyim qərarların sayını minimuma endirmək istərdim”, - Zukerberq bəyan edib.
“Mən həqiqətən hər gün oyanıb milyardlarla insana xidmət etməkdən xoşbəxtəm. Amma geyim kimi axmaq məsələlərə zaman sərf edəndə, məndə işimi pis görürəmmiş kimi təəssürat yaranır”, - Zukerberq bildirib.
Mənbə:> Oxu.Az