Zukerberq dekretə çıxır
Facebook-un təsisçisi Mark Zukerberq qızı dünyaya gəldikdən sonra iki ay müddətinə dekretə çıxacağını elan edib.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, müvafiq məlumatları o, servisdəki səhifəsində paylaşıb.
“Bu, şəxsi qərardır, mən uşağa qulluq etmək üçün iki aylıq məzuniyyət götürmək qərarına gəldim”, - Zukerberq yazıb.
O, uşağın dünyaya gəlişindən sonra valideynlərin müvəqqəti olaraq işdən ayrılaraq uşağa qulluq etmələrinin ümumilikdə ailəyə müsbət təsir etdiyini sübut edən araşdırmaların nəticələrini misal göstərib.
Zukerberq onu şirkətdə kimin əvəz edəcəyini dəqiqləşdirməyib.
Reuters-in məlumatına görə, namizədlər arasında Facebook-un baş əməliyyatçı direktoru Şeril Sendberq və top-menecer Kris Koks nəzərdən keçirilir.
Zukerberq hətta həyat yoldaşı Pristsilla ilə qızının dünyaya gəlməsinə necə hazırlaşdıqlarından danışıb.
“Biz sevimli uşaq kitablarımızı və oyuncaqlarımızı toplayırıq”, - o əlavə edib.
Mənbə:> Oxu.Az