Facebook-un yaradıcısı məktəb direktoru olacaq
Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Tsukerberq həyat yoldaşı Pritstilla Çan ilə ödənişsiz ibtidai məktəb açacaqlar, bura uşaqlar doğulmamışdan öncə qəbul ediləcəklər.
Oxu.Az xəbər verir ki, yeni növ tədris müəssisəsinin açılışı haqqında o, öz Facebook səhifəsində yazıb.
Dərslər üç yaşından başlayacaq. Məktəblilərə tədrisi bitirənə qədər tibbi xidmət də təqdim ediləcək. Müəssisə Kaliforniyanın İst Palo Alto şəhərində açılacaq.
“Pritstillanın tədris və səhiyyəni birləşdirəcək yeni növ məktəb açması ilə fəxr edirəm”, - o, qeyd edib.
İlk şagirdlər aztəminatlı ailələrin uşaqları olacaq. İbtidai məktəblə eyni vaxtda şagirdlər və ailələri üçün tibbi mərkəz də fəaliyyətə başlayacaq. Bundan başqa hamilə qadınlar üçün burada perinetal qulluq da təşkil ediləcək, bu barədə tədris müəssisəsinin saytında məlumat yayılıb.
“Səhiyyə və təhsil sıx əlaqədədir. Uşaqlar xəstə olarkən pis oxuyurlar. Ölkədə hər gün bir çox uşaqlar və müəllimlər zəif sağlamlığın nəticələri ilə üzləşirlər”, - Tsukerberq əlavə edib.
Məktəb 2016-cı ildə fəaliyyətə başlayacaq.
Mənbə:> Oxu.Az