Zukerberq dünyanın zənginləri siyahısında dördüncüdür » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Zukerberq dünyanın zənginləri siyahısında dördüncüdür

Zukerberq dünyanın zənginləri siyahısında dördüncüdür


Facebook təsisçisi Mark Zukerberq planetin ən zəngin insanlarının siyahısında dördüncü yerdə qərarlaşıb.

Oxu.Az xəbər verir ki, bunu Bloomberg-də dərc edilən milyarderlərin gündəlik reytinqi də təsdiqləyib.

31 yaşlı sahibkarın sərvətinin həcmi fevral ayının 2-də Nyu-Yorkda satışlar bağlanılarkən 50 milyard dollara çatıb.

Beləliklə də Facebook təsisçisi beşinci və altıncı pillələrdə qərarlaşan “Amazon”un rəhbəri Ceff Bezosu (49,1 milyard dollar) və “Movil SAB”ın rəhbəri Karlos Slimi (49 milyard dollar) geridə qoyaraq dördüncü pilləyə yüksəlib.

Nyu-York fond birjasının məlumatına görə, Facebook səhmləri 0,4% ucuzlaşaraq 114,61 dollar olub. “Amazon”un səhmləri öz növbəsində 3,9% faiz (22,71 dollar) ucuzlaşaraq 552,1 dollar olub.

Zukerberq ilk beşlikdə ilin əvvəlindən sərvəti azalan deyil, artan yeganə milyarder olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *