Dünyanın ən zəngin 50 adamının adı açıqlandı » AzNews.info -Xəbər portalı

Dünyanın ən zəngin 50 adamının adı açıqlandı

Dünyanın ən zəngin 50 adamının adı açıqlandı


Business Insider portalı dünyanın 50 ən zəngin adamının adını açıqlayıb.

Oxu.Az xəbər verir ki, nəşrin Wealth-X portalı ilə birlikdə planetin 110 min ən zəngin insanının məlumat bazası yaradıb, və sonda onlardan 50-sini seçib.

Reytinqə Microsoft şirkətinin təsisçisi 60 yaşlı Bill Qeyts başçılıq edir. Onun sərvəti 87,4 milyard məbləğində qiymətləndirilir. Ardınca 79 yaşlı ispaniyalı Amansio Orteqa gəlir - 66,8 milyard dollar. O, Inditex şirkətinin təsisçisidir. Şirkətin dünyanın 77 ölkəsində 5 minə yaxın mağazası var. İlk üçlüyü 85 yaşlı amerikalı Uorren Baffet bağlayır - 60,7 milyard dollar.

Nəşr bildirir ki, miyarderlər klubuna daxil olmaq üçün ən azı 14,3 milyard dollar sərvətə malik olmaq lazımdır. 58 yaşlı nigeriyalı Liko Danqote məhz bu məbləğdə sərvət ilə reytinqin sonuncu, 50-ci yerində qərarlaşıb.

Qeyd edək ki, dünyanın ən zəngin 50 insanın ümumi sərvəti 1,46 trilyon dollar təşkil edir. Bu məbləğ İspaniya, Avstraliya və Meksika kimi ölkələrin illik ÜDM-dən çoxdur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *