Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı » AzNews.info -Xəbər portalı

Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı

Zükerberq iki saat ərzində 4,3 milyard dollar qazandı


Facebook sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq NASDAQ elektron birjasının açılışında ilk iki saat ərzində öz sərvətini 4,3 milyard dollar artırmağa müvəffəq olub.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Hazırda Zükerberq dünyada ən zəngin insanları reytinqində altıncı yerdədir. Onun sərvətinin dəyəri 51,8 milyard dollar təşkil edir.

Şirkət rüblük hesabatda gəlirlərinin analitiklərin gözlədiyindən artıq olduğunu bildirdikdən sonra Facebook aksiyaları təxminən 10% artıb. Keçən il ilə müqayisədə gəlir demək olar ki, 1,5 milyard dollara qədər artıb, əldə edilən məbləğ 5,2 milyard dollardan ibarət olub.

Bundan başqa, sosial şəbəkə fəal iştirakçılarının auditoriyasını 15% artıraraq 1,65 milyard nəfərə çatdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *