Zükerberqdən “WhatsApp” və “Messenger”lə bağlı qərar
“Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zükerberq “WhatsApp” və “Messenger” əlavələrini birləşdirmək niyyətində deyil.
AzNews.info lent.az-a istinadən bildirir ki, belə bir bəyanatla M.Zükerberq Cənubi Afrika Respublikasının KİV-lərinə müsahibəsində çıxış edib.
“Facebook”un baş direktoru hesab edir ki, hər iki əlavə müxtəlif növ ünsiyyət üçün nəzərdə tutulub və hər birinin 1 milyarddan artıq istifadəçisi var.
Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi “WhatsApp” messencerini 19 milyard dollara satın alıb. Bu günlərdə isə “WhatsApp” elan edib ki, “Facebook”un istifadəçi məlumatlarını bölüşəcək.
Mənbə:> Lent.az