Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”

Təqribən bir aya yaxındır ki, Gürcüstanın Rusiya ilə sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi Hərbi Gürcüstan Yolunun güclü qar səbəbindən keçilməz olmasına görə bağlıdır.

Virtualaz.org xəbər verir ki, bu il Şimali Qafqazda qışın daha erkən başlaması və havaların daha sərt keçməsi nəticəsində Ermənistanın yükdaşımalar üçün istifadə etdiyi yeganə nəqliyyat dəhlizi keçilməz olub. Həftələrdir ki, “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində əsasən Ermənistana və geriyə yük daşıyan yüzlərlə TIR-dan ibarət avtomobil karvanı gözləməkdədir. Qısa fasilələrlə qarın yağması yolun təmizlənməsini qeyri-mümkün edir. Nəticədə Ermənistan faktiki olaraq ətraf aləmdən təcrid olunub.

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”


Məsələ bu günlərdə Ermənistan hökumətinin iclasında müzakirə olunsa da konkret həll yolu təklif etmək mümkün olmayıb. Ermənistan sahibkarlar və sənayeçilər İttifaqının sədri, “Apaven” nəqliyyat-ekspeditor şirkətinin baş direktoru Arsen Kazaryan aysor.am saytına müsahibəsində deyir ki, İrəvanın əlindən bu məsələdə Gürcüstan rəhbərliyi ilə hökumətlərarası danışıqlarda müzakirə aparmaqdan başqa heç nə gəlmir.

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”


Onun sözlərinə görə, “Yuxarı Lars”ın məsələsinin nizamlanmmarası Rusiya-Gürcüstan siyasi-diplomatik dairələrinin əlindədir. Kazaryan deyir ki, sovet illərində Yuxarı Lars yolu heç turizm məqsədi üçün də nəzərdə tutulmurdu və hər il oktyabrın sonlarından martın əvvəlinə qədər rəsmən bağlı olurdu.

“İndi biz bu yoldan məcburən istifadə edirik, çünki Ermənistanın əsas iqtisadi, sənaye magistralları Azərbaycan ərazisindən, Qazax rayonu üzərindən, yaxud Abxaziyadan keçirdi. Biz Lars yolundan istifadə etmirdik. Hər il müxtəlif mərhələlərdə yol çovğun, qar fırtınası nəticəsində bağlanır. Ötən yay bura güclü leysanlar nəticəsində sürüşmələr də əlavə olundu. Situasiya fəlakətli idi. İndi növbəti siklon hətta Poti limanını da bağlayıb. Gəmilər limana yan ala bilmir və Batumiyə istiqamətlənir”-Arsen Kazaryan bildirir.

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”


Kazaryan qeyd edir ki, o, mətbuata, siyasi xadimlərə, müxalifətə müraciət edir, deyir ki, bu məsələdə Ermənistan hakimiyyətinin əlindən heç nə gəlmir. “Bizim Allaha yalvarmaqdan başqa yolumuz yoxdur, ancaq dua edə bilərik ki, mühüm məqamlarda bu yol bağlanmasın. Əgər bu qar məsələn, yanvarın 7-dən sonra başlasaydı problem olmazdı. Çünki əsas yükləri daşıyıb qurtarardıq. Yeni ildən sonra isə nisbətən sakitlik olardı. Ancaq növbəti dəfə bəxtmiz gətirmədi”-Kazaryan deyir.

Onun fikrincə, Yuxarı Lars probleminin həlli üçün Gürcüstanla Rusiya öz aralarında yeni nəqliyyat yollarının açılması imkanlarını axtarmalıdır. Bu isə siyasi məsələdir. “Mənim dostlarımın bir hissəsi deyir ki, qoy ruslar Cənubi Osetiya gömrük postunun açılmasını həll etsinlər, bununla da hər şey tamamlansın. Ancaq Cənubi Osetiya özünü müstəqil elan edib, Gürcüstan isə onun işğal altında olduğunu bildirir. Sual yaranır, sərhəd haradan keçəcək? Ona görə də Larsın məsələsi təkcə erməni-türk, erməni-azərbaycan deyil, rus-gürcü, gürcü-abxaz və gürcü-osetin münasibətlərinin nəticəsdir”-o bildirib.

Ermənistanın əli hər yerdən üzüldü: “Allaha yalvarmaqdan başqa yolmuz qalmadı...”


Erməni nəqliyyatçının dediyinə görə yeganə alternativ yüklərin bərə ilə daşınmasıdır ki, o da baha başa gəlir. Hansı ki, hazırda Ermənistan yükləri daşımaq üçün bu yoldan istifadə etməyə məcburdur.

Qeyd edək ki, Ermənistan Gürcüstanda Bdzina İvanişvilinin hakimiyyətə gəlişindən sonra ümid edirdi ki, Tiflis Abxaziyadan keçən dəmir yolunun açılmasına razılıq verəcək. Doğrudan da bu yolun açılması barədə bəzi danışıqlar da oldu, hətta Rusiya özünün dəmir yol qoşunlarını dağılmış Abxaziya dəhlizinin bərpası üçün separatçı bölgəyə də göndərdi. Lakin Gürcüstan sonradan təsdiqlədi ki, bu məsələdə təkcə gürcü-abxaz münaqişəsini deyil, Azərbaycanın da mövqeyini nəzərə almaq lazımdır. Və Ermənistanda da etiraf etdilər ki, Azərbaycanla razılaşdırmadan Rusiya ilə Gürcüstan üzərindən dəmir yol əlaqəsinin bərpası mümkün görünmür.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *