Vladimir Yakunin: “İran-Ermənistan dəmir yolunun heç bir əhəmiyyəti yoxdur”
İranla Ermənistanı birləşdirən dəmir yolunun tikintisi layihəsinin heç bir effektivliyi yoxdur.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin bildirib. O deyib ki, layihənin perspektivi yoxdur.
“Bu, divarı deşib heç yana baxmayan..., ancaq qonşunun divarına baxan pəncərə açmaq kimi bir şeydir”- deyə Yakunin bildirib.
“Rusiya Dəmir Yolları”nın rəhbərinin bildirdiyinə görə, onların mülkiyyətində olan Ermənistan dəmir yollarının başqa ölkələrə çıxışı məhdud olsa da ziyanla işləmir və effektivdir.
Yakunin deyib ki, onlar Türkiyə ilə nəqliyyat probleminin həllinə çalışırlar. Həmçinin Abxaziyadan keçən dəmir yolunun açılması perspektivləri istiqamətində də işlər davam edir.
Mənbə:> Virtualaz.org