Dəmir yollarının iki işçisi tutuldu
Dəmir yolu parkını mühafizə edən vəzifə səlahiyyətlərini aşmış mühafizə əməkdaşları tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyov və A.Mursayibov saxlanılıb.
Onlar barəsində mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
T.Ağabəyov və A.Mursayibov Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli tapança götürülüb.
Mənbə:> ANSPRESS