Rusiyaya gedən maşınlar Azərbaycan sərhədindən keçir » AzNews.info -Xəbər portalı

Rusiyaya gedən maşınlar Azərbaycan sərhədindən keçir

Rusiyaya gedən maşınlar Azərbaycan sərhədindən keçir


Gürcüstanın Rusiya ilə sərhəd ərazisində yerləşən Dəryal dərəsində baş vermiş torpaq sürüşməsi nəticəsində iki ölkə arasındakı “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsi fəaliyyətini dayandırmalı olub.

ANS TV-nin məlumatına görə, bu səbəbdən artıq 4 gündür ki, Rusiya istiqamətində və əks tərəfə hərəkət etməli olan vətəndaşlar alternativ yol kimi Azərbaycandan keçmək məcburiyyətində qalır. Bu isə ölkəmizlə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsində ilk günlərdə böyük sıxlığa səbəb olub. Məntəqənin Gürcüstan tərəfinin rəisi Zurab Kikaliyanın sözlərinə görə, ilk 3 gündə yaranan intensiv sıxlıq artıq aradan qalxmaq üzrədir.

“Qırmızı körpü” sərhəd buraxılış məntəqəsinin rəisi Zurab Kikaliya deyir ki, bizim həmkarlarımızla yaranmış növbə məsələsini müzakirəmizdən sonra Azərbaycan tərəfi gücünü artıraraq avtomobilləri daha tez buraxmağa başladı və nəticədə bu hərəkətlilik azalmağa doğru getdi.

Əvvəllər məntəqədə daha çox Azərbaycan və Gürcüstan nömrəli avtomobillər görünürdüsə, indi “Qırmızı körpü”də Rusiya avtomobillərinə də ən az onlar qədər rast gəlmək olur. Sürücülərin sözlərinə görə, əsas yoldan min kilometr daha uzun olan bu yolda mənzil başına çatmaq üçün əlavə 10 saat yol qət etmək lazımdır.

Sürücü qeyd edir ki, “Bu yolla ilk dəfədir gəlirəm, əvvəllər Larsdan gedirdim. Problem budur ki, deyillər böyük növbə var”.

Hazırda bərpa işləri aparılan “Kazbek-Yuxarı Lars” sərhəd buraxılış məntəqəsinin nə zaman təkrar istifadəyə veriləcəyi barədə hələlik məlumat yoxdur. Torpaq sürüşməsi nəticəsində ərazidəki tikintidə çalışan iki nəfərin itkin düşdüyü və onlardan birinin meyitinin tapıldığını, digərinin isə axtarışlarının davam etdiyi xəbər verilir. Bu, eyni yerdə son 4 ayda baş verən ikinci təbii fəlakətdir. Bu ilin may ayında ərazidə baş verən bənzər hadisə zamanı 5 nəfər həyatını itirmişdi.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *