“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı... » AzNews.info -Xəbər portalı

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...

Fərhad Məmmədov

Gürcüstanda işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu ölkənin prezidenti, parlamentin spikeri və baş naziri ilə görüşlərindən sonra gürcü hakimiyyətinin “boz kardinalı” Bdzina İvanişvili ilə birlikdə kilsədə görünüb.

Virtualaz.org saytı xəbər verir ki, bu gün Serj Sərkisyan Tiflisdə bərpadan sonra yenidən istifadəyə verilən Surb Gevorq erməni kilsəsinin açılışında iştirak edib. Mərasimdə onun yanında Bdzina İvanişvili dayanmışdı.

Yeri gəlmişkən, İvanişvili bu erməni kilsəsinin bərpası layihəsinin sponsorlarından biridir. Kilsənin bərpası üçün xərclənən 3,5 milyon dolların bir hissəsini o ödəyib. Qalanlarını isə Gürcüstandakı erməni iş adamları veriblər. Və belə görünür ki, Sərkisyanın Tiflisə qəfil və məqsədi açıqlanmayan səfərinin mənasını da elə bu kilsədəki görüşdə axtarmaq lazım gələcək.

Gürcü mənbələri xəbər verir ki, Sərkisyanın Gürcüstanın rəsmi rəhbərliyi ilə yanaşı “Gürcü arzusu” koalisiyasının “boz kardinalı”, yaxud de-fakto rəhbəri Bdzina İvanişvili ilə qeyri-formal atmosferdə mühüm müzakirələr aparıb.

Ermənistanın regionda və dünyada Rusiya ilə vassal münasibətlər xaricində hər hansı əhəmiyyət kəsb etməyən rolu nəzərə alınarsa, Sərkisyanın xarici səfərlərinin hansısa geosiyasi əhəmiyyət kəsb etmədiyi çoxdan məlumdur. Ancaq indi Serj Sərkisyanın Tiflisə səfəri üzərində xüsusi dayanmaq üçün səbəblər var. Və bu səbəblər heç də Ermənistanın regionun geosiyasi xəritəsindəki mövqeyinin dəyişməsinə səbəb ola biləcək addımlarından getmir.

Cənubi Qafqaz regionunda kartları qarışdıran yenə Rusiyadır və deyəsən, Ermənistana bu situasiyada epizodik rol ayırmağı qərara alıblar. Söhbət Azərbaycanın Gürcüstandakı mövqelərini zəiflətməkdən, İran qazının Avropa bazarlarına çıxması perspektivlərini əngəlləməkdən və bütün bunların əvəzində dividend olaraq Ermənistana hələlik fantastik görünsə də, qaz traniziti ölkəsi statusu qazandırmaqdan gedir.

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...


Həmin Bdzina İvanişvilinin, “Qazprom”un ən iri özəl səhmdarının Gürcüstanın Rusiyadan daha çox qaz almasına, SOCAR-ın bazardakı payının azaldılmasına dair danışıqlar başlatdığı haqda yazmışıq. Bu danışıqları energetika naziri Kaxa Kaladze aparır.

Gürcüstan mənbələri bildirir ki, hətta baş nazir İrakli Qaribaşvilinin bu danışıqların detallarından xəbəri yoxdur. Bdzina İvanişvili prezident Georgi Marqvelaşviliyə təsir imkanlarını itirsə də hökumət və parlament üzərində əsas söz sahibidir. Baxmayaraq ki, hökumətdə, “Gürcü arzusu” koalisiyasında onun Rusiya ilə yaxınlaşmaq planlarını heç də hamı bölüşmür.

Digər istiqamət Rusiya qazının İrana nəqlidir. Məsələ bundadır ki, əslində İranın Rusiya qazına ehtiyacı yoxdur. Beynəlxalq sanksiyaların götürülməsindən sonra İran özü qaz ixracını genişləndirməyə və Avropa bazarına çıxmağa çalışır. Və bu, işğalçı siyasəti üzündən bütün regional energetika və nəqliyyat layihələrindən kənarda qalan Ermənistanda tranzit ölkəyə çevrilmək ümidləri yaradıb.

Ermənistanda hesab edirlər ki, İran qazı bu ölkə üzərindən Gürcüstana, oradan isə Qara dəniz, yaxud Türkiyə üzərindən Avropaya çıxa bilər.

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...


Rusiyada isə başqa hesablamalar aparılır. İran qazının Avropaya nəqli imkanlarının gündəmə gəlməsindən dərhal sonra Rusiyanın energetika naziri Aleksandr Novak bildirdi ki, “Qazprom” özü İrana qaz nəql etməyə hazırdır.

Burada söhbət svap mexanizmindən - Rusiya qazının İranın şimal regionlarının tələbatına yönəldilməsi, əvəzində eyni həcmdə İran qazının “Qazprom” tərəfindən Fars körfəzinə nəqlindən gedir. Rusiyada bu planı İran qazının Avropaya nəqli imkanlarının qarşısını bəri başdan almaq üçün fikirləşiblər.

İqtisadi baxımdan Rusiya ilə İran arasında svap qaz mübadiləsi üçün ən sərfəli tranzit ölkəsi Azərbaycandır. SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Rusiya qazının İrana nəqlini təmin etməyə hazırdır. Azərbaycanın isə ildə 1-2 milyard kubmetr Rusiya qazını İrana çatdırmaq üçün bütün infrastruktur imkanları var.

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...


Ancaq Rusiyada digər variantı - qazın Ermənistan üzərindən İrana nəqlini də nəzərdən keçirirlər. İranla Ermənistanı birləşdirən, ildə cəmi 400 milyon kubmetr qaz nəqlinə imkan verən kiçik diametrli qaz kəməri mövcuddur. Deməli, həmin svap mexanizminin işləməsi üçün daha böyük diametrli qaz kəməri çəkilməlidir.

Və həm Gürcüstanda, həm də Ermənistanda hesab edirlər ki, Sərkisyanın Tiflisə qəfil səfəri məhz bu məsələlərin müzakirəsinə həsr edilmişdi. Həm də Ermənistan prezidentinin məhz indi - Azərbaycan prezidentinin Tiflisə planlaşdırılan və bir neçə gün sonra baş tutacaq səfərindən əvvəl getməsinin səbəbləri var idi. Sərkisyan Azərbaycanın Gürcüstana indiki təsir imkanlarını nəzərə alaraq ona nail olmağa çalışırdı ki, Ermənistanın qaz tranziti ölkəsinə çevrilməsini Azərbaycan prezidentinin səfərindən əvvəl müzakirə etsin.

Məlumdur ki, Azərbaycan 2008-ci ildən etibarən Gürcüstanın qaza olan tələbatının əsas hissəsini ödəyir. Özü də qazı bu ölkəyə ucuz qiymətə, az qala Azərbayan əhalisinə satılan qiymətə satır.

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...


Və bu elə bir vaxtda baş verir ki, Azərbaycanın özündə, regionların bir çoxunda əhali uzun illərdir qaz üzünə həsrətdir. Azərbaycanın Gürcüstana qazı min kubmetrini orta hesabla cəmi 120 dollara satması heç də Bakının öz təbii sərvətlərini sağa-sola müftə paylamaq niyyətindən irəli gəlmir.

Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərini, regiondakı mürəkkəb geosiyasi situasiyanı nəzərə alaraq bunu edir. Həm də təkcə ucuz qaz vermir, Gürcüstana ən kritik məqamlarda başqa yollarla da dəstək göstərir. Heç kimə sirr deyil ki, Azərbaycan Gürcüstanla bu müttəfiqlik münasibətlərindən Ermənistanı mümkün qədər təcrid vəziyyətində saxlamaq üçün də istifadə edir.

Təsadüfi deyil ki, İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlişindən sonra separatçı Ermənistanla Rusiya arasında dəmiryol əlaqəsini təmin edən Abxaziya dəmir yolunun açılması gündəmə gəldi.

Ancaq Tiflisdə Azərbaycanla münasibətləri riskə atmamaq üçün bu məsələdə çox irəli gedə bilmədilər. Etiraf etdilər ki, Abxaziya dəmir yolunun açılmasında Azərbaycanın da mövqeyini nəzərə almaq lazım gəlir.

“Boz kardinal” kilsədə Sərkisyana nə pıçıldadı...


Bəs Gürcüstanın Rusiya qazının İrana, yaxud İran qazını Avropaya nəql etmək üçün Ermənistanın tranzit ölkə kimi istifadə olunması layihəsinə dəstək verməsi necə? Bu, Azərbaycanın maraqlarına qarşı deyilmi?

Şübhəsiz ki, gürcü hakimiyyətinin “boz kardinalı”nın bu kimi planların həyata keçirilməsində rolu və iştirakı Bakıda narahatlıq doğurmaya bilməz.

Deməli, prezident İlham Əliyevin Tiflisə qarşıdakı səfərində bütün bu məsələlərlə bağlı ətraflı danışıqlar olacaq. Azərbaycan artıq bir dəfə, Sürix protokolları məsələsində sübut edib ki, regionda hansısa layihəni, təşəbbüsləri onunla razılaşdırmadan həyata keçirmək cəhdləri boşa çıxır. Hətta bu təşəbbüslərə dünyanın ən qüdrətli dövləti dəstək versə də...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *