“Qazprom” rəhbəri Azərbaycan qazının Avropaya nəqli haqda: “Hər dəfə 1 il təxirə düşür...”
Virtualaz.org saytı xəbər verir ki, Miller bu haqda Beynəlxalq İşgüzar Konqresin illik toplantısında çıxışı zamanı bildirib.
Miller deyib ki, “Qazprom” Avropanın qaz idxalının üçdə ikisini həyata keçirir.
“Son 15 ildə bizim idxalda payımız 17 faiz artıb, növbəti 15 ildə də bu templə artacaq” - deyə Miller bildirib.
“O zaman sual yaranır: Avropa artan tələbatını ödəmək üçün qazı hansı mənbədən alacaq?” –deyə “Qazprom” rəhbəri sual edib.
Onun sözlərinə görə, bir vaxtlar Avropa bazarı sıxılmış qaza ümid edirdi, ancaq Avropa sıxılmış qaz uğrunda mübarizəni uduzdu. Hazırda Avropada sıxılmış qazın payı 30 faizdən 17 faizə enib.
Miller yaxın perspektivdə sıxılmış qazın Avropa bazarında mühüm rol oynamayacağını bildirib: “Bu, təkcə qiymət məsələsi deyil, Rusiya qazının rəqabətədavamlı olmasıdır. İran da bildirir ki, sıxılmış qaz istehsalına və Cənub-Şərqi Asiyaya ixraca üstünlük verir. Yəni bizim üçün qaz təchizatında heç 10 min kilometr məsafədə də rəqib görünmür”.
“Qazprom” rəhbəri həmçinin Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək TAP kəməri layihəsinin ləngiməsindən danışıb. Qeyd edib ki, dörd il əvvəl layihənin iştirakçıları qaz nəqlinin 2017-ci ildə başlayacağını deyirdilər.
“İndi 2021-ci il haqda danışırlar, ötən dörd il ərzində hər il üstünə bir il gəlirlər. Və ekspertlər deyirlər ki, hər dəfə üstünə bir il gəlmək tendensiyası davam edəcək”- deyə Miller bildirib.
Mənbə:> Virtualaz.org