SOCAR: “Türk axını” bizə rəqib deyil
“Türk axını” Azərbaycan qazının Avropaya nəqli üzrə Cənub qaz dəhlizi layihələrinin rəqibi deyil.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnvestisiyalar departamentinin rəhbəri Vaqif Əliyev bildirib.
“Cənub qaz dəhlizi və “Cənub axını” paralel düşünülüb, müzakirə olunurdu. Bu layihələr rəqabət aparmırdılar.
Hazırda rus qazının “Türk axını” vasitəsilə Avropaya nəqli də bizim həcmlərin rəqibi deyil. Bizim 2019cu ilin sonu - 2020-ci ilin əvvəllərində nəqli nəzərdə tutulan həcmlərimiz rəqabətdən kənardır”, - deyə, Əliyev vurğulayıb.
Mənbə:> Oxu.Az