İş adamından Putin haqda ifşaedici MÜSAHİBƏ: “Ona rüşvət verirdim, cinayətkar dəstəbaşı ilə görüşürdü” » AzNews.info -Xəbər portalı

İş adamından Putin haqda ifşaedici MÜSAHİBƏ: “Ona rüşvət verirdim, cinayətkar dəstəbaşı ilə görüşürdü”

İş adamından Putin haqda ifşaedici MÜSAHİBƏ: “Ona rüşvət verirdim, cinayətkar dəstəbaşı ilə görüşürdü”


Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, müsahibəsində iş adamı 2014-cü il iyulun 18-də Nyu-Yorkun cənub dairəsinin məhkəməsinə şikayət edərək Rusiyanın “Lukoyl”, “Lukoyl North America”, “Qazprom”, “Qazprom neft” və “Qazprom aero” şirkətlərindən ümumilikdə 540,9 milyon dollar kompensasiya tələb edib.

Mixail Freydzon idda edir ki, 1994-cü ildən Sankt-Peterburqda fəaliyyət göstərən “Siqma” şirkətinin sahib olub və şirkət sahibi kimi neft layihələri ilə məşğul olan “Soveksa” şirkətininin 66% səhmini əlində cəmləşdirib. Lakin o zamanlar Sankt-Peterburq merinin birinic müavini olan Vladimir Putin, “Qazprom”un direktorlar şurasının hazırki sədri Aleksey Miller və s. şəxslər tərəfindən səhmləri qanunsuz yolla əlindən alınıb.

2000-ci illərin əvvəllərində sui-qəsd aktından möcüzə nəticəsindsə sağ qalan yəhudi biznesmen Rusiyanı tərk etməyə məcbur olub və hədələrə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

İş adamından Putin haqda ifşaedici MÜSAHİBƏ: “Ona rüşvət verirdim, cinayətkar dəstəbaşı ilə görüşürdü”

Mixail Freydzon

Mixail Freydzon müsahibəsi zamanı 90-cı illərdə biznes fəaliyyəti ilə bağlı Vladimir Putinlə görüşlərindən, ona rüşvət verməsindən və Putinin mütəşəkkil cinayətkar dəstələrlə əlaqəsi olmasından danışıb.

“Mən 1993-cü ildən Sankt-Peterburqda bizneslə məşğul olmuşam. Peterburqda Hərbi Mexaniki İnstitutla müştərək ov və polis tüfəngləri istehsal etmək barədə razılıq əldə etmişdik. 1994-cü ildə bu məqsdələ “Reks” şirkəti yaradılmışdı. Zavodumuz ABŞ-dan gətirilən nümunələr əsasında xüsusi polis silahları istehsal etməyi planlaşdırırdı və bunda görə o vaxt Sankt-Peterburq meriyasında xarici əlaqələri kurasiya edən Vladimir Putinlə görüşməli olurduq. Proqram regional, sonra isə federal səviyyədə qəbul olunmalı idi. Vladimir Vladimiroviç Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Moskva rəhbərliyi ilə razılaşmışdı.

Sual: – Niyə Putin üçün bu layihə maraqlı idi?

Cavab: –Çünki bu onun birbaşa səlahiyyətinə daxil məsələ idi. İkincisi bu, onun əlaqələri olan qurumla bağlı idi. Həm də ki, biz bütün bunlara görə ona pul verirdik.

Sual: – Yəni, rüşvət?

Cavab: – Yəni, Rüşvət.

Sual: – Bəs pulu ona necə ötürürdünüz?

Cavab: - Pulları adətən Vladimir Vladimiroviçin (Putin) köməkçisi Lyoşa Miller (“Qazprom” sədri Aleksey Miller-red.) alırdı. Putin isə xüsusi xidmət orqanlarında işləmiş biri kimi söhbət zamanı ona çatacaq rəqəmi yazırdı.

Sual: - Çox pul tələb edirdilər?

Cavab: - 10 min dollar. O vaxt üçün bu, böyük pul idi.
Müsahibənin digər hissəsində Mixail Freydzon Vladimir Putinin çoxsaylı qətllər, o cümlədən “Sankt-Peterburq neft terminalı” şirkətinin sahibi Sergey Vasilyevin öldürülməsinə görə ömürlük azadlıqdan məhrum edilən “Tambov” mütəşəkiil cinayətkar dəstəsinin başçısı Kumarinlə dəfələrlə görüşdüyünü xatırladıb.

Mixail Freydzon sonradan onun səhmlərinin “Qazprom” və “Lukoyl” tərəfindən əlindən alındığını bildirib.

Qeyd edək ki, müsahibədən əvvəl Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya prezidentinə qarşı Qərb mətbuatında “qarayaxma” kompaniyayasına start veriləcəyini söyləyib.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *