Rusiya Sərkisyanın xəyallarını boşa çıxardı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya Sərkisyanın xəyallarını boşa çıxardı

Rusiya Sərkisyanın xəyallarını boşa çıxardı

İran-Ermənistan qaz kəmərinin Ermənistan hissəsi Rusiyanın “Qazprom” şirkətinə satılacaq.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistanın energetika nazirinin müavini Ara Simonyan bildirib.

Bununla belə Simonyan əlavə edib ki, qaz kəmərinin 41 kilometrlik hissəsinin satılması “Qazprom”a İrandan Ermənistana qaz nəqlini “istədiyi kimi idarə etmək səlahiyyəti” verməyəcək.

İran-Ermənistan qaz kəməri Ermənistanın yeganə alternativ az təchizatı mənbəyidir. Cüzi nəql gücünə malik qaz kəməri ilə İrandan nəql edilən qaz Ermənistanın sənaye müəssisələrinə və istilik elektrik stansiyalarına verilir.

Lakin Ermənistan gələcəkdə bu kəmərin nəql gücünün artırılması, İran qazının öz ərazisindən üçüncü ölkələrə nəqli barədə şirin xəyallar qururdu. Hətta İranla Qərb arasında nüvə anlaşmasından və Tehrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Ermənistanda qaz tranziti ölkəsinə çevrilmək, enerji təchizatı mənbələrini şaxələndirmək barədə şans yarandığını düşünürdülər.

İndi isə İrəvan Rusiyanın təzyiqləri nəticəsində kəməri “Qazprom”a satmalı olur. Qaz kəmərinin satılması Moskvaya Ermənistana qaz nəqli marşrutlarını tamamilə nəzarətə götürməyə imkan verəcək.

“Qazprom” Ermənistana ildə 2 milyard kubmetr qaz nəql edir, həmçinin qazın Ermənistan ərazisində paylanılmasını həyata keçirir. Ermənistan İrandan ildə cəmi 450 milyon kubmetr qaz alır və onun əvəzini elektrik enerjisi ilə ödəyirdi.

Cəmi iki ay əvvəl Ermənistanın energetika naziri Armen Movsesyan bildirmişdi ki, İrandan qaz idxalını ildə 2 milyard kubmetrə qədər artırmaq nəzərdə tutulur. Bu isə o demək idi ki, Ermənistanda Rusiyanın qaz buxovundan xilas olmaq fikrinə düşüblər.

O vaxt “Qazprom” bu bəyanata reaksiya vermədi, ancaq Ermənistanın İrandan qaz idxalını artırmaq planları Moskvaya meydan oxumaq idi. Məhz Ermənistanın qaz təchizatı Rusiyaya bu ölkəni öz forpostuna çevirmək üçün güclü rıçaqlar verir.

İranın Ermənistana qazı neçəyə satdığı məlum deyil. Lakin İranın Ermənistandakı səfiri Məhəmməd Raisi bildirmişdi ki, qiymət “müqayisə edilməz dərəcədə aşağıdır”.

Bu isə əhalisinin üçdə ikisi yoxsulluq həddində yaşayan Ermənistan üçün ciddi güzəştdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *