Lafazanis Moskvada: “TAP Avropanın tələbatını ödəməyə kifayət deyil” » AzNews.info -Xəbər portalı

Lafazanis Moskvada: “TAP Avropanın tələbatını ödəməyə kifayət deyil”

Lafazanis Moskvada: “TAP Avropanın tələbatını ödəməyə kifayət deyil”


Virtualaz.org saytı xəbər verir ki, Yunanıstanın energetika naziri Panayiotis Lafazanis Moskvaya səfər edib və “Qazprom” rəhbəri Aleksey Miller, hablə energetika naziri Aleksandr Novakla danışıqlar aparıb.

Danışıqların yekununa dair açıqlamalarında Miller bildirib ki, “Qazprom” Yunanıstan ərazisindən Rusiya qazının nəqlinə dair variantları nəzərdən keçirməyə hazırdır.

“Tərəflər Yunanıstan ərazisindən Rusiya qazının nəqli üçün kəmərin tikintisini müzakirə ediblər. “Qazprom” bu məsələdə müxtəlfi variantları nəzərdən keçirməyə hazırdır”- deyə Miller bildirib.

Lafazanis isə deyib ki, ABŞ-ın Yunanıstanı “Türk axını” kəməri layihəsinə qoşulmaqdan çəkinməyə dair çağırışları Afinanın mövqelərinə təsir etməyib.

“Biz bu layihəni dəstəkləyirik, istəyirik ki, kəmər Yunanıstan ərazisindən keçsin. Biz əminik ki, bu kəmər bütün Avropa ölkələrinə lazımdır. Və biz ABŞ-ın belə mövqeyindən çox məyusuq”-Lafazanis bildirib.

Yunanıstanın energetika naziri onu da deyib ki, Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri “Türk axını”ına alternativ deyil: “TAP əlbəttə ki, Yunanıstan ərazisindən keçəcək, lakin o Avropanın qaza olan tələbatını ödəməyə kifayət deyil”.

“Türk axını” kəmərinin Yunanıstandan keçən hissəsi 2 milyard avroya başa gələ bilər. Rusiya bu xərcləri ödəməyə hazırdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *