Vaşinqtondan Azərbaycan şərti » AzNews.info -Xəbər portalı

Vaşinqtondan Azərbaycan şərti

Vaşinqtondan Azərbaycan şərti


Vaşinqton mümkün olduqca Yunanıstanı “Türk axını”ndan əl çəkmdirməyə çalışır.

ANS PRESS-in məlumatına görə, bunun əvəzində ABŞ Afinaya Azərbaycandan Avropaya ötürülən qaz kəmərini dəstəkləməyə çağırıb.

Bu barədə "New York Times" qəzetinə müsahibəsində ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn bildirib.

Onun sözlərinə görə Yunanıstan “Türk axını” layihəsindən əl çəksə bu tez bir zamanda onun xarici investorlar yanında cəlbediciliyini artıracaq. Bundan sonra Afinanın üzərinə“qızıldan investisiya” yağışı yağacaq. Bu Yunanıstanın Avropanı türk qaz kəmərindən asılılığından qurtardığına görə minnətdarlıq jesti kimi baş verəcək.

Bundan əlavə Vaşinqton əmin etmək istəyir ki, Rusiyanın layihədə marağı heç də Yunanıstana kömək məqsədi daşımır. Bu heç də iqtisadi yox siyasi bir layihədir. Məhz buna görə də ABŞ Azərbaycandan gələn qazın tərəfdarıdırlar.

Dövlət departamenti nümayəndəsi Yunanıstanın düzgün qərar verəcəyi, yəni “Türk axını” layihəsini rədd edəcəyi təqdirdə ölkədə minlərlə iş yerinin açılmasının, milyardlarla investisiyanın ölkəyə axınının uzaq gələcəkdə olmadığını inandırmağa çalışır.

Lakin yunan naziri Lafazanis Hokstaynla görüşü zamanı bildirib ki, Yunanıstan “Türk axını” layihəsindən əl çəkmək fikrində deyil. Belə ki, layihə Yunanıstan üçün sərfəlidir və onun milli maraqlarına cavab verir. Məhz bu ünsürlər hazırki hakimiyyət üçün Avropa ilə ABŞ-ın arzu və təkliflərindən daha vacib amildir.

Qeyd edək ki, “Türk axını” layihəsi tam rus maliyyəsi ilə 2016-cı ilin dekabrından başa çata bilər. Yunanlar bundan sonra da öz maraqlarını Vaşinqtonun tövsiyyələrindən üstün tutarlarsa artıq 2017-ci ildən öz ərazisindən qaz tranzitinə görə dividentlər almağa başlaycaq.

Onu da qeyd edək ki, ölkəmizin qazını avropaya ötürən TAP layihəsi üçün də Yunanıstanla razılığa gəlinib. Sadəcə layihənin maliyyələşməsi danışıqları həllini gözləməkdədir. Lakin hər bir halda Avrasiya ölkələri ABŞ müdaxiləsi olmadan daha yaxşı anlaşa bilmələri də məlum praktikadır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *