Rusiya ilə Türkiyə arasında problem
"Türk axını" qaz kəmərinin tikintisi yubanır.
ANS PRESS-in məlumatına görə, gecikmə Türkiyənin dövlət şirkəti "Botaş" və Rusiyanın "Qazprom" şirkəti arasında uzun müddətdir davam edən danışıqlarla əlaqədardır.
Tərəflər güzəştlər etmək barədə razılıq əldə etsə də bunun necə tətbiq ediləcəyi ilə bağlı razılaşa bilmirlər. Təxminən bir aydan çoxdur ki, danışıqlar dalana dirənib. Bu vəziyyət isə Rusiya və Türkiyə şirkətlərinin zərər etməsinə səbəb olub.
Türkiyə Rusiya qazını Avropa ölkələrinə nisbətdə təxminən 100 dollar baha alır. Hazırda Rusiya qazın hər min kubu üçün Türkiyədən 370 dollar alır. Məhz buna görə, rəsmi Ankara "Türk axını" qaz kəmərinin tikintisi gecikdirir. Türkiyə Rusiyadan qazın min kubu üçün minimum 50 dollarlıq güzəşt tələb edir. Hələlik istəyinə nail ola bilməyən Türkiyə çarəni rus qazının alışını azaltmaqda görüb. Belə ki, təkcə aprel ayında Rusiyadan Türkiyəyə qaz nəqli 38% azalıb.
"Türk axını" layihəsində "tormuz" effektinə səbəb digər bir amil Vladimir Putinin qondarma soyqırımın 100 illiyi ilə bağlı İrəvana səfər etməsidir.
Mənbə:> ANSPRESS