Putin Türkiyəyə cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin Türkiyəyə cavab verdi

Putin Türkiyəyə cavab verdi


Rusiya prezidenti Vladimir Putinin İrəvanda "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı mərasimlərdə iştirak etməsi Türkiyə tərəfinin mənfi reaksiyasına səbəb olmamalıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskov bildirib ki, Putinin İrəvanda mərasimlərdə iştirak etməsi Ankara tərəfindən mənfi şəkildə qələmə verilməməlidir.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə əlaqədar "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yaymışdı.

Bəyanatda bildirildi ki, Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir:

"Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulduğu bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir.

Rusiyanın daim Qafqazlar, Orta Asiya və Şərqi Avropada yüz il boyunca həyata keçirdiyi kütləvi qətliamlar, sürgünlərlə öz tarixində Türk və müsəlman xalqlarına qarşı insanlıqdan kənar əməlləri göz önünə sərildiyində "soyqırım"ın nə olduğunu ən yaxşı özlərinin bilməsini düşünürük.

Rusiya prezidentinin Ermənistanın yüzüncü il təbliğat kampaniyasının bir hissəsi olan 24 aprel İrəvan mərasimlərinə qatılması da bu çərçivədə dəyərləndirilməlidir.

Türkiyənin dostluğuna önəm verməsi və həssasiyyətlərini nəzərə alması gərəkdiyini gözlədiyimiz Rusiyanın səhv qərar verməsi bölgəmizdəki sülh və rifaha kömək etməyəcək. Rusiyanın bu məsələdə edə biləcəyi bir şey varsa, o da tərəfkeşliyini bir kənara buraxıb Ermənistan və erməniləri Türkiyənin dostluq və sülh çağırışlarına qərəzsiz qarşılıq verməyə təşviq etməsidir".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *