Türkiyəli nazirdən Putinin sözlərinə reaksiya
"Rusiya prezidenti Vladimir Putinin qondarma erməni soyqırımı ilə bağlı fikirləri ortaq layihələrə təsir etməyəcək".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
O bildirib ki, bu məsələyə hər birimiz həssaslıq göstərməliyik: "Çünki biz strateji layihələri həyata keçirən iki ölkəyik. Bir-birimiz üçün həssas məsələlərdə diqqətli olmalıyıq. İnanırsınız ki, bu sözləri söyləyəcəyimi təxmin etmirdim", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Rusiya dövlət başçısı 24 aprel 1915-ci il hadisələrini insanlıq tarixinin ən qorxunc, dramatik hadisələrindən biri kimi qəbul etdiyini və erməni xalqının “soyqırımı” ilə əlaqədar kədərli bir tarix olduğunu vurğulayıb.
Mənbə:> ANSPRESS