Putindən Türkiyəyə jest
"Rusiyadan təbii qaz üçün 10,25% endirim aldıq. Ancaq məzənnənin artması qazın tarifində endirimə səbəb olmayacaq"
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
O bildirib ki, Rusiyanın qaz endirimi məzənnənin artımına nisbətdə azdır. Məhz buna görə, ölkə daxilində qazın qiyməti ucuzlaşmayacaq. Nazir həmçinin bildirib ki, Türkiyə Avropa Birliyində olan 28 ölkə arasında ən ucuz qaz satan ölkədir.
Taner Yıldızın sözlərinə görə, BOTAŞ bu endirimlə əvvəlki zərərlərini kompensasiya edəcək: "BOTAŞ dövlət büdcəsinə, gömrüyə və maliyəyə olan borclarını bağlayacaq. 2015-ci ilin iyun ayına qədər zərərimiz silinəcək".
Nazir ölkədə qazın tarifində hər hansı bir artımın olmayacağını və vətəndaşları rahat olamağa səsləyib.
Mənbə:> ANSPRESS