Türkmənistan hökuməti əhalini çaşdırdı
Türkmənistanda məişət qazının istehlakının nizama salınması üçün ölkədə qaz sayğaclarının quraşdırılması prosesi davam edir.
ANS PRESS-in məlumatına görə, baş nazirin müavini Baymurad Xadjamuxammedovun bildirib ki, 2014-cü ildə 351 min 121 qaz sayğacı quraşdırılıb və hazırda daha 425 min qoyulması planlaşdırılır.
Prezident Qurbanqulı Berdiməhəmmədov deyib ki, Türkmənistan təbii sərvətlərindən istifadə məsələsində ehtiyatlı olmalı, israfçılığa yol verməməlidir. O, bununla əlaqədar olaraq hökumətə ölkədə təbii qazın istifadəsinə nəzarəti gücləndirmək tapşırığı verib.
Xatırladaq ki, Türkmənistanda təbii qaz, su və elektrik enerjisinin istehlakı pulsuzdur. Ölkə vətəndaşları üçün ayda 50 kubmetr qaz norması qoyulub. Normadan artıq olduqda sakinlər min kubmetr üçün 20 türkmən manatı ödəyirlər.
Mənbə:> ANSPRESS