İrandan İrəvana mesaj
İranın xarici işlər naziri Cavad Zərif Ermənistanda səfərdədir. O, bu gün İrəvanda erməni həmkarı Edvard Nalbandyan ilə görüşüb. Onlar iki ölkə arasında əməkdaşlıq, regional və digər məsələlər barədə müzakirə aparıblar.
ANS PRESS-in məlumatına görə, C.Zərif görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulması Tehranın İrəvan vasitəsilə Moskva ilə əlaqələri gücləndirməsinə yeni imkanlar yaradıb.
O, Rusiyanın İrana S-300 raket kompleksləri göndərməsində yaranmış problemin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu söyləyib: "Bu problem ötən həftə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Teharana səfəri zamanı müzakirə olunub."
Nazir deyib ki, digər ölkələr İranın nüvə proqramı və ətrafında yaranmış vəziyyəti, digər məsələləri sanksiyalar yolu ilə həll etməyə cəhd göstərməməlidir.
Mənbə:> ANSPRESS