Gürcüstanda Azərbaycan - Rusiya müharibəsi » AzNews.info -Xəbər portalı

Gürcüstanda Azərbaycan - Rusiya müharibəsi

Gürcüstanda Azərbaycan - Rusiya müharibəsi


Gürcüstan energetika naziri Kaxa Kaladzenin “Qazprom” prezidenti Aleksey Millerlə görüşü bir çox gürcü ekspertləri tərəfindən Azərbaycanın Gürcüstan qaz bazarından çıxarılması kimi dəyərləndirilir.

ANS PRESS-in məlumatına görə, Brüsseldə keçirilmiş görüş barədə səhih məlumatın verilməməsi də bir çox ehtimalları gücləndirir. Bir sıra ekspertlər 2016-cı ildən başlayaraq Rusiyanın Gürcüstan qaz bazarında Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) sıxışdıracağını düşünürlər.

Görüş barədə “Qazprom”un saytında yerləşdirilmiş məlumat da bu ehtimalları gücləndirir: “Tərəflər qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstana Rusiya təbii qazının nəqlindən, həmçinin onun üçüncü ölkələrə tranzitindən söhbət gedib”.

Nazir Kaxa Kaladze də məsələ ilə bağlı buna oxşar açıqlama verib. Bu cür görüşlərin yararından danışan gürcü nazir qısa replika ilə kifayətlənib: “Bizim (Rusiya ilə) ötən illər ərzində energetika sahəsində dostluq münasibətlərimiz formalaşıb və bu münasibətlər davam etdiriləcək. “Qazprom” rəhbərliyi ilə Brüssel görüşlərinə gəldikdə isə, söhbət Gürcüstana qaz nəqlini və onun üçüncü ölkələrə tranzitini əhatə elədi”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Brüssel görüşü Gürcüstan hökumətinin qaz bazarının diversifikasiyasında maraqlı olduğunu göstərir: “Bu ondan irəli gəlir ki, hazırda regional qiymətlər yerli bazara SOCAR-ın çıxardığı qazın qiymətinə yaxınlaşmağa başlayıb. Ona görə də Rusiya tərəfi ilə Gürcüstanın danışıqları başlayıb”.

Ekspertin fikrincə, bu danışıqlar çərçivəsində 2016-cı ildən başlayaraq müəyyən qaz həcmlərinin alqı-satqısına dair sazış imzalana bilər. “Ancaq Gürcüstan tərəfi bir şeyi unudur ki, SOCAR-ın onlara satdığı qaz hökumətlərarası saziş çərçivəsində həyata keçirilir, “Qazprom”la anlaşıla biləcək qaz isə kommersiya sazişi əsasında olacaq. Bunların fərqi isə ondadır ki, Azərbaycan tərəfinin satdığı qazın qiyməti demək olar ki, 2007-ci ildən dəyişmir, ancaq Qazpromun satacağı qazın qiyməti hər rüb dəyişəcək və bir müddət sonra kəskin bahalaşa da bilər”,- deyə İlham Şaban ANS PRESS-ə bildirib.

Bu məsələdə bir amil də nəzərə alınmalıdır ki, hazırda Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR Georgia Gas”ın 0,5 milyona yaxın abunəçisi var. Bu, Gürcüstan ailə təsərrüfatlarının təxminən yarısı deməkdir. “SOCAR” Gürcüstanın qazlaşdırılması üzrə irimiqyaslı layihəni 2017-ci ilə kimi başa çatdıracaq və ölkənin böyük hissəsini əhatə edəcək. Yəni Gürcüstana qaz gətirən “Qazprom” istər-istəməz qazını “SOCAR”ın şəbəkəsi ilə reallaşdırmağa məcbur olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *