“Qazprom” Azərbaycanı təbii qazla təmin etməyə hazırdır
Bu gün Sankt-Peterburqda keçirilən İqtisadi Forum-2015 çərçivəsində “Qazprom” ASC İdarə heyətinin sədri Aleksey Miller və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin işgüzar görüşü baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə “Qazprom”un press-relizində deyilir.
Görüş iştirakçıları energetika sahəsində qarşılıqlı fəaliyyətin inkişafını müzakirə ediblər.
“Qaza olan daxili tələbatın artması və Azərbaycanın iqtisadiyyatının inkişafı ilə əlaqədar “Qazprom” respublikanın idxal qazına olan tələbatını lazımi həcmdlərdə ödəməyə hazırdır”, - Aleksey Miller bildirib.
Mənbə:> Oxu.Az