SOCAR Gürcüstan dindarlarına güzəştə gedir
SOCAR Georgia Gas-ın bəyanatına müvafiq olaraq 2015-ci ilin oktyabr ayının 1-dən gözlənilən təbii qazın qiymətinin bahalaşması kilsə və büdcə təşkilatlarına, eləcə də çörək zavodlarına aid olmayacaq, Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir.
2015-ci ilin oktyabr ayının 1-dən etibarən bütün növ kommersiya istifadəçiləri üçün təbii qazın qiyməti 1 kubmetr üçün 0,84 dollar olacaq (1 dollar+2,3644 lari).
Tariflər hüquqi şəxslər üçün 0,04 dollar bahalaşacaq.
SOCAR Georgia Gas abonentləri qiymətlərin bahalaşmasının bazarda dəyişikliklər ilə əlaqədar olmasına dair xəbərdar edib.
Mənbə:> Oxu.Az