İmişlidə canavar hücumu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İmişlidə canavar hücumu

İmişlidə canavar hücumu


Təsərrüfat sahibləri xeyli ziyana düşüb.

İmişlidə canavarlar 4 baş iribuynuzlu heyvana xəsarət yetirib.

Aznews.info-un məlumatına görə, “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüşdə otlayarkən canavarlar onlara hücum edib. Kənd sakinləriin vaxtında müdaxiləsi nəticəsində yırtıcılar yalnız 4 baş iribuynuzlu heyvanı dişləyərək yaralaya bilib.

Bununla bağlı məlumat daxil olan kimi rayon baytarlıq idarəsinin baytar həkimləri kəndə gəlib. Yaralı heyvanlara qarşı lazımi tədbirlər görülüb, heyvanlar nəzarətdə saxlanılır.

Kənd sakinlərinin sözlərinə görə, mal-qara bundan əvvəl də canavarların hücumuna məruz qalıb. Canavarlar bir neçə heyvanı parçalayaraq təsərrüfat sahiblərinə xeyli ziyan vurublar.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *