Bərdədə canavar sürüsü kəndə hücum çəkdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

Bərdədə canavar sürüsü kəndə hücum çəkdi – FOTO

Bərdədə canavar sürüsü kəndə hücum çəkdi


Bərdədə canavarlar qoyun sürüsünə hücum edib.

AzNews.info xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bərdənin Əyricə kəndi ərazisindəki fermalardan birində baş verib.

Gecə saat 4 radələrində tövləyə hücum edən canavarlar 8 qoyunu parçalayıb.

Təsərrüfatında 10 baş iribuynuzlu mal-qara, 80 baş qoyun saxlayan fermer Güloğlan Nəbiyev ərazidə əvvəllər də buna oxşar hadisələrin baş verdiyini bildirib.

Ona 3000 manata yaxın ziyan dəydiyini deyən Güloğlan Nəbiyev, heyvanlarının sığortalanmadığını bildirib.

Hadisə baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib.

Bərdə rayon Baytarlıq İdarəsindən isə bildirdilər ki, parçalanmış heyvanların cəsədləri baytar həkimlərinin nəzarəti altında yandırıldıqdan sonra basdırılacaq.

Bərdədə canavar sürüsü kəndə hücum çəkdi
Bərdədə canavar sürüsü kəndə hücum çəkdi
Bərdədə canavar sürüsü kəndə hücum çəkdi
Bərdədə canavar sürüsü kəndə hücum çəkdi
Bərdədə canavar sürüsü kəndə hücum çəkdi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *