Xudatda yırtıcılar kəndə hücum edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Xudatda yırtıcılar kəndə hücum edib – FOTO

Xudatda yırtıcılar kəndə hücum edib


Xudat şəhərində yırtıcı heyvanlar şəxsi təsərrüfata hücum edib.

AzNews.info APA-ya istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə 49 yaşlı şəhər sakini İsmayıl Muradovun həyətyanı sahəsində qeydə alınıb. Yırtıcılar ev sahibinə məxsus 40 hindquşunu, 1 ördəyi və 12 toyuğu parçalayıb. Təsərrüfatının 70 ev quşundan ibarət olduğunu bildirən zərərçəkən hadisənin baş verdiyi vaxt heç bir səs eşitmədiyini qeyd edib. Yırtıcıların hücumu nəticəsində İ. Muradova min manatdan artıq ziyan dəyib.

Əraziyə Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları gəlib. Onlar ərazini dezinfeksiya ediblər.

Sakinlər onu da bildirib ki, bundan öncə də sözügedən ərazidə yırtıcıların evlərə hücum etməsi faktları baş verib.

Xudatda yırtıcılar kəndə hücum edib
Xudatda yırtıcılar kəndə hücum edib
Xudatda yırtıcılar kəndə hücum edib
Xudatda yırtıcılar kəndə hücum edib

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *