Köpəkbalığı daha çox kişiləri yeyir
Kvinslendəki Bonda universitetinin Avstralyalı alimlərinin keçirdikləri araşdırma nəticəsində məlum olub ki, köpəkbalığı hücumu bütün hallarda 84% kişilərin payına düşür. Onların 89%-i isə ölümlə nəticələnir.
ANS PRESS-in məlumatına əsasən, zərif cinsin nümayəndələrinə nisbətdə köpəkbalığı 9 dəfə çox kişilərə hücüm edir. Tədqiqatçı professor Derila Makfinin sözlərinə görə, əldə olunan məlumatlar alimlərə o qədər gözlənilməz görünüb ki, onlar bir daha yenidən yoxlamaq istəyiblər, lakin bu fakt yenə də öz təsdiqini tapıb. Макfi bildirib ki, kişilər suda çox vaxt keçirdiyi üçün risk qarşısındadırlar.
Aparılan araşdırmalar sübut edir ki, Avstraliyada tədqiqat zamanı 171, ABŞ-da isə tədqiqat zamanı 769 köpəkbalığı hücumu baş verib.
Bu hadisələr zamanı Avstraliyada 32 , ABŞ-da isə 25 nəfər ölüb. Cənubi Afrikada isə 132 hücum nəticəsində 28 ölüm hadisəsi baş verib.
Professor həmçinin qeyd edib ki, insanın köpəkbalığı qarşısında qorxusu ona bəraət qazandırmır ki, insanlar köpəkbalığının başına əl çəksin, ağzına əllərini soxsun, tilov atsınlar. Bəziləri, hətta onun üzərində gəzməyə də çalışır. Bütün bunlar da yırtıcılarda qəzəb doğurur.
Tədqiqatçının fikrinə əsasən, belə hərəkətlər Darvin mükafatına layiqdir. O, həm də belə yırtıcıların sayının tənzimlənməsi proqramına da qarşı çıxır, çünki bu zaman digər dəniz sakinləri və tısbağalar da bura aid edilmiş olur.
Hakimiyyət də alternativ proqramların hazırlanması və əhalinin bu mövzuda məlumatlılığını artırmaq üçün sərmayə ayırmalıdır.
Mənbə:> ANSPRESS