İsmayıllıda canavarlar kəndə hücum etdi: Yaralı var – VİDEO+FOTO
İsmayıllının Mücəftəran kəndində Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyun 4 canavarın hücumuna məruz qalıb.
AzNews.info Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında kənd sakini Sahib Məmmədov mal-qaranı naxırdan gətirən zaman baş verib. Canavarları qovmaq istəyərkən onların hücumuna məruz qalan S.Məmmədov əl, qol, çənə və boğazından ağır xəsarətlər alıb. Hadisə zamanı 6 baş qoyun tələf olub. Xəsarət alan mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.
Hadisə zamanı xəsarət alan S.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin müayinəsi və ilkin tibbi yardımından sonra evə buraxılıb.
Mənbə:> Kanal S