Ayı 51 yaşlı Şəki sakininə hücum etdi
Şəki rayonunda 51 yaşlı kişiyə ayı hücumuna məruz qalıb.
AzNews.info xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Baş Zəyzit kənd sakini, 1965-ci il təvəllüdlü Ehsan Yaşar oğlu Abdullayev xəsarətlə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, E.Abdullayevə ayı hücum edərək onu dişləyib.
Xəsarət alan şəxsə tibbi yardım edilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə almaq üçün evə buraxılıb.
E. Abdullayev bu gün səhər saatlarında dağlıq ərazidəki meşə sahəsində mal-qarasını axtaran zaman ayının ona hücum etdiyini deyib.
Ayı onu sürüyüb, daha sonra buraxaraq qaçıb.
Mənbə:> APA