Oğuzda qısqanc gənc nişanlısını öldürdü, qızın anası intihar etdi
Oğuz rayon sakini nişanlısını bıçaqlayaraq qətlə yetirib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə rayonun Padar kəndində baş verib.
Oğuz rayonunun Kərimli kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Adil oğlu Rəsulov 1992-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olan, hazırda rayonun Padar kəndində məskunlaşan məcburi köçkün Səbinə İsmayıl qızı Əhmədovanın yaşadığı evə gedərək orada Səbinə Əhmədova ilə mübahisə edib. Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Hadisə yerinə tərk edən İlkin Rəsulov Oğuz Rayon Polis Şöbəsinə zəng edərək istintaqa könüllü təslim olub. İlkin araşdırma zamanı İlkin Rəsulov hadisəni qısqanclıq zəminində törətdiyini və Səbinə Əhmədova ilə nişanlı olduğunu bildirib.
Məlumatda bildirilir ki, hadisə baş verən zaman Səbinə Əhmədova evdə tək olub. Hadisədən sonra evə gələn qızın anası, 1965-ci il təvəllüdlü Çimnaz Ramazan qızı Əhmədova qızının qətlə yetirilməsinə dözməyərək intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Sirkə turşusundan zəhərlənən Çimnaz Əhmədova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Şəki RMX-da Çimnaz Əhmədovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Mənbə:> Virtualaz.org