Zaqatalada iftar açan ailə zəhərləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Zaqatalada iftar açan ailə zəhərləndi

Zaqatalada iftar açan ailə zəhərləndi


Zaqatala rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

AzNews.info xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kəndindən bir ailənin altı üzvü - 1966-cı il təvəllüdlü Mehdi Müslüm oğlu Mehdiyev, onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Sübeybət Nəsrullah qızı Mehdiyeva və onların övladları, 1992-ci il təvəllüdlü Həbibət, 1996-cı il təvəllüdlü Rəziyyət, 1997-ci il təvəllüdlü Minayə və 2000-ci il təvəllüdlü Əsəbəli zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, altı nəfərdən ibarət ailə ötən gün axşam iftar açan zaman qarpız da daxil olmaqla qarışıq qida məhsulları qəbul ediblər.

Gecə saatlarında ailə üzvlərinin vəziyyətləri pisləşməyə başlayıb və bu gün səhər xəstəxanaya gətiriliblər. İlkin ehtimala görə, onlar qarışıq qidadan zəhərləniblər. Onlardan götürülmüş nümunələr analiz edildikdən sonra zəhərlənmənin dəqiq səbəbi bəlli olacaq. Hazırda ailə üzvləri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində müalicə olunurlar.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *