Canavarlar kəndə hücum çəkdi
Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub.
Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun “Report“a verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.
Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Ölən qoyunlar dərmanlanaraq basdırılıb.
Mənbə:> Report.az