Siyasi partiya maşınına silahlı hücum, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Video

Siyasi partiya maşınına silahlı hücum, ölən var – VİDEO

Siyasi partiya maşınına silahlı hücum, ölən var


Türkiyə Bingöl vilayətinin Karlıova rayonunda Xalqların Demokratiya Partiyasına (HDP) aid mikroavtobus silahlı hücuma məruz qalıb.

ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində avtomobildə olan, soyadı müəyyən olunmamış Akif adlı şəxs ölüb.

Həmin şəxsin seçki fəaliyyəti üçün Karlıova rayonundan qayıtdığı və Karahamza kəndinə getdiyi bildirilib.

Silahlı hücumun kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik bilinmir.

Hadisə yerinə çox sayda polis və jandarm qüvvələri cəlb olunub.

Qeyd edək ki, bu bazar günü Türkiyədə parlament seçkisi keçiriləcək. Separatçı kürdlərin siyasi qolu olan HDP ölkənin 4-cü böyük partiyası (digərləri AKP, CHP, MHP) hesab olunsa da parlamentə girmək üçün lazım olan 10%-lik səs səviyyəsini yaxalaya biləcəyi şübhə altındadır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *