Separatçı partiya nümayəndəsinin başını kürəklə yardılar » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Video

Separatçı partiya nümayəndəsinin başını kürəklə yardılar – VİDEO

Separatçı partiya nümayəndəsinin başını kürəklə yardılar


Türkiyənin Batman vilayətində separatçı kürd partiyasının yerli şöbəsinin həmsədri Əbdülkərim Gültəkin hücuma məruz qalaraq ağır xəsarət alıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə hadisə, separatçı Xalqın Demokratiya Partiyası (HDP) nümayəndələrinin seçicilərlə görüşü zamanı baş verib.

HDP Batman şöbəsinin həmsədri partiyasının parlament seçkisinə namizədləri ilə vilayətin kəndlərində seçicilərlə görüş keçirib.

Siirt vilayəti Şirvan rayonunun Ovacıq kəndində keçirilən görüş zamanı isə naməlum şəxs və ya şəxslər hücum edərək Ə. Gültəkinə kürəklə başından ağır xəsarət yetiriblər.

Təcili yardımla Batman vilayətindəki özəl xəstəxanalardan birinə çatdırılan Gültəkin dərhal əməliyyat otağına alınıb.

Hadisə barədə məlumat verin həmsədr Abdullah Çetin görüş zamanı kəndin keçmiş icra nümayəndəsinin onlara söz atdığını, icra nümayəndəsinin qardaşının isə Ə. Gültəkinin başını kürəklə yardığını deyib.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Türkiyədə bu bazar günü parlament seçkisi keçiriləcək.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *