Dəhşətli seçki afişaları: qan axacaq – FOTO
Türkiyədə kürd etniklərin kompakt yaşadığı Van şəhərinin müxtəlif yerlərində asılmış seçki afişaları və bilbordları sakinləri şoka salıb.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, afişalarda su kranından qan axması təsvir olunub.
Həmçinin, separatçı kürdlərin dəstəklədiyi Xalqların Demokratiya Partiyasına (HDP) aid afişaların üzərində türkcə və kürdcə şüarlar yazılıb.
Afişlarda, “Tədbirinizi görün”, “Bir gün qurtaracaq”, “Bir gün hər şey”, “Sahib çıxmasanız uzaq deyil”, “Nəfəssiz qalmayaq”, “Fərqindəsənmi?” kimi ifadələrə yer verilib.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Van şöbəsinin sədri Zahir Soğan, bu cür afişalarla “əgər HDP-yə səs verməsəniz qan axacaq” – mesajı verildiyini, insanlara təzyiq göstərildiyini deyib.
Qeyd edək ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək.
Mənbə:> ANSPRESS