Siyasi lider Kəbəni görün nə ilə müqayisə etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Siyasi lider Kəbəni görün nə ilə müqayisə etdi

Siyasi lider Kəbəni görün nə ilə müqayisə etdi


Separatçı kürdlərin siyasi cinahı olan Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaşın səsləndirdiyi müqayisə müsəlmanları hiddətləndirib. ANS PRESS-in məlumatına görə, Demirtaş ötən gün 1977-ci ildə 1 may günü Taksim meydanında öldürülən fəhlələrin anım tədbirində iştirak edib. Taksim meydanının kommunistlər üçün önəmindən danışan siyasi liderin dilə gətirdiyi bənzətmə inanc sahibləri tərəfindən xoş qarşılanmayıb. Demirtaş, xahiş edirəm göstərəcəyim nümunə mübaliğəli qarşılanmasın deyərək müqəddəs Kəbə ilə Taksim meydanını müqayisə edib:

“Göstərəcəyim nümunə mübaliğəli qarşılanmasın. Müsəlmanlar hacı olmaq üçün Kəbəyə gedirlər. musəvilər Qüdsə gedərlər. dini inancların mərkəzi var, məbədləri var. O ibadətləri başqa heç bir yerdə edə bilməzsiniz. Bəli, dini inanc baxımından dini inanc kimi demirəm. Amma Taksim də zəhmətkeşlər üçün əvəz olunmaz yerdir. Orda bayram keçirilməsə, həmin il 1 may qeyd olunmamış sayılır, 1 may “şəhidləri” anılmamış sayılır. Taksimi yasaqlamaq 1 mayı yasaqlamaqdır. Xüsusilə bu seçki ərəfəsində baş nazirə müraciət edirəm. Gəlin bu 1 mayda heç bir gərginlik olmadan zəhmətkeşlər bayramı bayram kimi qeyd etsinlər. anım gününü də 1977-ci il 1 mayın xatirəsinə uyğun həyata keçirsinlər. biz də siyasətçilər olaraq zəhmətkeşlərimizin, fəhlələrimizin yanında yer alaq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *