Şeyxdən dünyaya mesaj » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Şeyxdən dünyaya mesaj

Şeyxdən dünyaya mesaj


ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair keçirilən ikigünlük beynəlxalq konfransın yekun hissəsində Şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

ANS PRESS-in Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytına istinadən verdiyi məlumata görə, bütün Qafqazın Şeyxi konfransın terrorizm, radikalizm, ekstremizm və separatizm kimi qlobal problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda bu dəyərlərin qorunduğunu deyərək daim inkişaf etdirilməsi istiqamətində də əməli addımlar atıldığını bildirib.

"Gənclərin müxtəlif vasitələrlə şirnikləndirilib başqa dövlətlərin ərazisində ideoloji qılaf daxilində gedən siyasi qarşıdurma və müharibələrə cəlb olunması yolverilməzdir. Bu baxımdan, yetişməkdə olan nəsillərin daha sağlam mənəvi həyat sürmələri yönündə səylərimizi birləşdirməliyik. Bu yöndə səylərimizi koordinasiya etmək olduqca vacibdir. Odur ki, fəaliyyətimizin konsepsiyasının işlənib hazırlanması dövrümüzün ictimai-sosial sifarişidir. Dini mərkəz olaraq ATƏT-lə birgə keçirdiyimiz bugünkü tədbiri göstərilən istiqamətdə uğurlu addım kimi dəyərləndirmək olar. Biz həmçinin Qafqaz Müsəlmanları İdarəsinin həmin təşkilatların nəzdində xüsusi nümayəndəliklərinin yaradılması yönündə ilk addımları atmışıq", - deyə Allahşükür Paşazadə bildirib.

Azərbaycanın mövcud tolerantlıq modeli kimi bütün dünya, həmçinin ATƏT məkanı üçün olduqca dəyərli olduğunu deyən Hacı Allahşükür Paşazadə Azərbaycanın bir ölkə olaraq bu mənəvi dəyərləri dünya ilə bölüşməyə hazır olduğunu bildirib.

Sonda Şeyxülislam tədbirin təşəbbüskarı ATƏT-in Bakı ofisinin layihə koordinatoru Ələsgər Şahtaxtinskiyə minnətdarlığını bildirib, gələcəkdə də bu yöndə səylərin davamlı olmasını arzu edib. O, dini mərkəz olaraq, Qafqaz Müsəlmanları İdarəsinin hər zaman belə təşəbbüsləri dəstəklədiyini, bu yöndə əməli addımlar atmağa hazır olduğunu deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *