Şeyx Rusiyaya gedir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür. Bu barədə məlumat ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsindən verilib. Şeyxülislamın səfəri sabahdan başlayacaq.
Səfərdən məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir.
QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.
Konfrans Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirilir. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.
Mənbə:> ANSPRESS