Bakıda ilk dəfə keçirilən konfrans başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda ilk dəfə keçirilən konfrans başa çatdı

Bakıda ilk dəfə keçirilən konfrans başa çatdı


ATƏT-in Bakı layihə əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfrans noyabrın 18-də bəyanatın qəbulu ilə başa çatıb.

AzNews.info-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxışında bu konfransın dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və terrorizm, radikalizm kimi qlobal problemlərin qarşısının alınması ilə bağlı səmərəli müzakirələrin aparılması baxımından tarixi hadisə olduğunu deyib.

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski hazırda ATƏT məkanında müxtəlif problemlərin müşahidə olunduğunu deyib. O həmçinin bildirib ki, dinlərin verdiyi mesajları, tolerantlıq ideallarını yaymaq lazımdır. Dini dözümsüzlük, radikalizm beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdir. Azərbaycanda bu sahədə vəziyyət təqdirəlayiqdir. Biz yollar tapmalıyıq ki, gəncləri dinlə bağlı müzakirələrə cəlb edək. Dini icmalar dini tolerantlığın möhkəmlənməsində vacib rol oynaya bilər. Beynəlxalq səviyyədə isə dövlətlər ən yaxşı təcrübələrini bölüşə bilər. ATƏT sülhün bərqərar olması üçün əməkdaşlığa hazırdır.

A.Şaxtaxtinski tədbirdə səmərəli müzakirələrin aparıldığını, əsas məqsədin əməkdaşlığı gücləndirməklə təhlükəsizliyin təminində dinin rolunun artırılması olduğunu diqqətə çatdırıb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *